Prezident fərmanı: Bu nazirlikdə ləğvetmə gedir – Rəsmi

Prezident İlham Əliyevin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman əsasında hazırda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki müvafiq qurumlarda ləğvetmə prosesi davam edir.

Bu sözləri  açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Prezidentin aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı fərmanının icrası barədə danışarkən deyib. O bildirib ki, ləğv edilən qurumların əməkdaşlarının kənarda qalmaması üçün sözügedən fərmanda qeyd edilən tapşırıqlar yerinə yetiriləcək:

“Fərman yeni qəbul edildiyi üçün hələlik nə ştat cədvəlləri, nə də struktur təsdiqlənib. Fərmanın 5-ci maddəsində qeyd olunub ki, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət İmtahan Mərkəzi ləğv edilən qurumlardakı işçilərin vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməsində və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmasında onların üstünlüyünün həyata keçirilməsi barədə tədbirlər görsün. Hazırda fərman çərçivəsində proses davam edir”.

Qeyd edək ki, bundan əvvəl Prezident İlham Əliyev aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb. Agentliyin Aparatının işçilərinin say həddi 85 nəfər müəyyən edilib. Həmçinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin regional bölmələrinin işçilərinin say həddində ştat vahidləri DAİM-ə verilib.

 

mersin escort