“O gün hər kəs VƏTƏN oldu…”-Aygün Sadiqin yeni şeiri…

Müstəqil.Az gənc şair Aygün Sadiqin yeni şeirini təqdim edir:
ALLAH
 
Oğullarım dözməyərək üz tutanda Qarabağa
Bilməzdilər doğma Vətən bölünəcək sola-sağa,
Bir igidin validəsi layiqmidir ağlamağa?
Odur – indi saçın yolub, üz-gözünü didən, Allah!
 
 
 
Kimsə əgər mənim qədər faciələr görməyibsə,
Ailədən neçə-neçə şəhid qurban verməyibsə,
Eyvanından bircə dəfə qara bayraq sərməyibsə,
Nə anlar ki, niyə belə qiymətlidir Vətən, Allah.
 
 
 
Mən adamlar görmüşəm ki, Vətəninin dar günündə
Vətən üçün əliyalın şəhid oldu tank önündə!
O gün hər kəs VƏTƏN oldu, gizlənmədi bucaq-tində,
(Şəkildəki qardaşımdır- irəlidə gedən)
Allah!
 
 
Vətən mənəm, Vətən- Şəhid, Şəhid- Vətən- bunlar birdir,
Əsarətdən çıxammayan hər vətəndaş müqəssirdir!
Bu gün dünya mənim qatı düşmənimlə həmfikirdir!
Ədalətdir kölgə kimi əriyərək itən, Allah!
 
Məzarlarsız qalanların ruhlarına dua verin,
İtkin düşən balaların acıları daha dərin.
(Gəmilərdə xainliklə yox edilən cəsədlərin)!
Dənizimdə ləpələndi neçə başsız bədən, Allah!
 
 
Öz halalca torpağıma hər tərəfdən uzandı əl,
Haqq səsimi duyan-bilən kar, kor oldu, həm də əngəl.
Axı niyə qatil kəslər ödəməyib hələ bədəl?
Günahkarlar cəzasızdır, nədən axı, nədən, Allah?
Xəzər neçə mücahidə qucaq açdı ana qədər,
Mənim xalqım çəkinmədən savaşdı son qana qədər,
Şəhidlər and yerimizdir, unutmarıq sona qədər!
Axı onlar- bizim üçün canı fəda edən, Allah.
 
Müstəqil.Az
mersin escort