Müxalifət Bakıda mitinq keçirdi – FOTOLAR

Yanvarın 19-da Milli Şura Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda “Siyasi məhbuslara azadlıq” tələbi ilə mitinq keçirib.
Aksiya Bakı şəhər İcra Hakimiyyəti  ilə də razılaşdırılıb.
Saat 15:00-da başlayan aksiyada AXCP sədri Əli Kərimli, REAl sədri İlqar Məmmədov, Milli Şura üzvü Gültəkin Hacıbəyli, Müsavat Partiyası Divanının üzvü, Tofiq Yaqublu, partiya başqanının müavini Səxavət Soltanlı və digərləri iştirak ediblər.
Aksiyanın əsas şüarı “Siyasi məhbuslara azadlıq!”dır.
Stadion tam dolduğuna görə iştirak etmək istəyənlərin bir qismi stadionun kənarından dəstək verib.
“Gələnləri meydana buraxın”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri mitinqdəki çıxışına belə başlayıb.
O, sözü Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqubluya verib.
Tofiq Yaqublu çıxışında haqqı deyənləri həbs edildiyini deyib: “İlham Əliyev yanına yataqları yığıb. Ölkənin siması kimi onları tanıdır. Biz bu aksiyanı Mehmanın aclıq aksiyasından sonra qərara aldıq. Aksiyanın əsas tələbi siyasi məhbuslara azadlıq olsa da,  aksiya tək bunun üçün deyil. Bu, bir dönüş olmalıdır”.
Daha sonra sabiq daxili işlər naziri İsgəndər Həmidov ölkədəki korrupsiyadan danışıb.
Aksiyaya gələnlərin bəziləri meydana buraxılmayıb. Mitinqin aparıcısı tez-tez bu məqama diqqət çəksə də, hüquq mühafizə orqanları yenə də insanları içəri buraxmamaqda davam edib.
REAl sədri İlqar Məmmədov çıxışına ilk dəfə meydanda çıxış etdiyini deyib.
O, siyasi məhbusların azadlığa buraxılmasının vacibliyindən danışıb: “Biz burada ölkənin sosial-iqtisadi problemlərini həll edə bilmərik. Ancaq siyasi məhbuslara azadlıq tələb etmək bizim borcumuzdur.  İlham Əliyev gənclərlə prinsip aparır. Halbuki ölkənin daha ciddi problemləri var. Ölkə inkişaf etmək yerinə, geriləyir. Cümhuriyyət olsaydı, biz bu gün şəhərin kənarında yox, mərkəzində öz sözümüzü rahat deyərdik”.
Daha sonra Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı çıxış edib.
O bildirib ki, partiyanın başqanı Arif Hacılı Türkiyədə müalicədə olduğundan mitinqdə iştirak edə bilmir.
Soltanlı çıxışında siyasi məhbuslara azadlıq tələb edib.
Sonda Əli Kərimli yenidən çıxış edərək, xalqı öz haqqını tələb etməyə çağırıb: “Son dövrlərdə iştirakın bu səviyyədə olduğu tək-tük mitinqlərdəndir. Mən inanıram ki, xalqımız siyasi məhbuslara azadlıq tələb etdiyi kimi, öz haqlarını da tələb edəcək. Biz sayımızı artırıb daha kütləvi çıxışlar etməliyik. 20 Yanvar günü və gələn həftənin bazar günü yenidən meydanda toplaşaq. Mən söz verirəm ki, mübarizəni axıra qədər davam etdirəcəyəm. Lazım olan məqamda sizin yanınızda olmasam, namərdəm”.
Mitinqdə siyasi məhbusların yaxınları da çıxış edib.
Mitinq qətnamənin oxunması ilə çatıb.
Qətnamədə siyasi məhbuslara qarşı həbslərə qarşı çıxmaq, həbs olunanların azadlığa buraxılması, cərimələnən şəxslərin cərimələrinin ləğv edilməsi tələb olunub.(Türkan BəşirToplum TV)




mersin escort