Akardan gözdağı: Onları xəndəklərə basdıracağıq

Türk əsgəri digər əməliyyatlarda olduğu kimi, “Zeytun budağı” hərəkatında da tarix yazdı.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə naziri Hulusi Akar sözügedən hərəkatın ildönümü ilə bağlı çıxışında deyib.

“Hazırda önümüzdəki əsas problem Menbiç və Fəratın şərqidir. Bu əməliyyatlarla bağlı hazırlıqları, planları tamamlamışıq. Lojistik dəstəyimiz də hazırdır. Məqamı çatanda bu əməliyyatlara başlayacağıq. Terrorçuları qazdıqları xəndəklərə basdıracağıq. Biz hər bir ölkənin ərazi bütövlüyünə hörmət edirik. Mübarizəmiz PKK, YPG, PYD, SDQ, İŞİD və FETÖ-ya qarşıdır”, – Akar bildirib.

Aqşin
(Axar.az)

mersin escort