İngiltərə klubunun futbolçusu Azərbaycan millisində – SİYAHI

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığmasının təlim-məşq toplanışı üçün heyəti və yoxlama matçlarındakı rəqibləri açıqlanıb.

Müstəqil.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 19-dan 31-dək Türkiyənin Antalya şəhərində baş tutacaq hazırlıq prosesinə 24 oyunçu cəlb olunub. Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv toplanış ərzində 4 yoxlama oyunu keçirəcək.

Yığma yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromso” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq. Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

AD, SOYAD KLUB
1 Nicat Mehbaliyev Qarabağ
2 Nail Alışov Neftçi
3 Rüstəm Samuqullin Stroqino (Moskva, Rusiya)
4 Elnur İbrahimov Spartak-2 (Moskva, Rusiya)
5 İbrahim Hüseynov Qarabağ
6 Zamiq Əliyev Qarabağ
7 Xəyal Muradov Qəbələ
8 Rauf Hüseynli Qarabağ
9 Rüstəm Nuriyev Qəbələ
10 Vüsal Məsimov Qəbələ
11 Murad Məmmədov Səbail
12 Şakir Seyidov Sabah
13 Rüfət Abdullazadə Sumqayıt
14 Ruslan Qəribov Sokol (Saratov, Rusiya)
15 İdris İnqilablı Qəbələ
16 Turan Vəlizadə Neftçi
17 Vüsal Əsgərov Neftçi
18 Samir Qurbanov Qəbələ
19 Tural Bayramov Qarabağ
20 Elvin Talıbov Qarabağ
21 Ismayıl Zülfüqarlı Neftçi
22 Kamran Quliyev Jonova (Litva)
23 Sərhad Daşdəmir Fylde (İngiltərə)
24 Musa Qurbanlı Qarabağ
mersin escort