Bakıda külək məktəblərin dam örtüklərini BELƏ UÇURDU – GÖRÜNTÜLƏR

Son 2 gün ərzində Bakı şəhərində müşahidə edilən güclü külək fəsadlar törətməkdə davam edir.

Müstəqil.az xəbər verir ki, güclü külək səbəbindən Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbin dam örtüyü uçub. Küləyin təsirindən dam örtüyü yerindən çıxaraq məktəbin həyətinə düşüb.

Oxşar hadisə bakı şəhər Nizami rayonunda da qeydə alınıb. 8-ci kilometr qəsəbəsində yerləşən məktəb-liseyin dam örtüyü küləyin təsirindən yarasız hala düşüb, damın bir hissəsi isə uçub.

Xoşbəxtlikdən baş vermiş hadisələr nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, təhsil nazirinin qərarı ilə 17-18 yanvar tarixləri məktəblərdə tətil elan edilib.

Müstəqil.Az

mersin escort