“Məni dərdləriylə doyuran qadın…”-Rəşad Məhəmmədoğlunun şeirləri…

Müstəqil.Az gənc şair Rəşad Məhəmmədoğlunun yeni şeirlərini təqdim edir:

 

Olma
Alaq da ol, yonca da ol,
Bir balaca boyca da ol.
Fincan da ol, dolça da ol,
Qarışdıran qaşıq olma.
*
Dindir dildə diləkləri,
Çox uzatma gödəkləri.
Könül sevən göyçəkləri,
Alışdıran aşiq olma.
*
Ay bağ belə, bostan, deyən,
“Gül danışıb”, dostam deyən.
Bir saatlıq dastan deyən,
Hədd daşıran aşıq olma.
*
Qov zamanı uğurunla,
Səbirli ol sərt durumla?
Hər simaya öz nurunla,
Nur yağdıran işıq olma.
 
 
Uzaqlara çək məni
*
Tapıbdı dərd çağımda,
Ruhum əlac tək məni.
Duyğular bağçasında,
Ağac-ağac ək məni.
*
Arzu nakam yetirir,
Yolum tikan bitirir.
Məkan-məkan itirir,
Həyat məni, ərk məni.
*
Közü qopar dilimdəm,
Dəni qopar telimdən.
Tut gecəmin əlindən,
Gündüzlərə çək məni.
*
Qəm qatarın köçündə,
Gəzdim darda, çətində.
Gül ovcunun içində,
ALLah, saxla bərk məni.
 
Uzaq qadın
*
Görəsən necədir sizin tərəflər?
Könlümə aradım cavab bu axşam.
Səsimdən səs alır əsən küləklər,
Öpür yanağından, susub bu axşam.
*
Düşüb təkliyimə sərt intizarın,
Soyudur odamı sərt, soyuq qışım.
Nə vaxtır içimdə donub ilqarın,
Oduna əriyir donan göz yaşım.
*
Həsrətim töküldü ayaqlarına,
Xumarı dizəcən, bəs etmədimi?
Külək pəncərəndən döyür canına
Nəfəsim qulaqda səs etmədimi?
*
Ac idim eşqinə, “zikri- dadım” sən,
Ömrünü ömrümə ayıran qadın.
Dərdlərin dadını sən nə bilirsən?
Məni dərdləriylə doyuran qadın.
*
Bəzəkli libasın zövqlər bəzəyər,
Arzun doğulsa da könlün bəzənməz.
Uzaqlar qəm biçər, yaxın gözləyər,
Ruhun kölgəmdədir, uzaq gəzəmməz.
mersin escort