Bakı və Abşeronda külək 30-35 m/saniyədək şiddətlənib – NAZİRLİK

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.

Qərargahdan  verilən məlumatda bildirilir ki, bu gün saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib.

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.

Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir

***

Hazırda əsən şimal-qərb küləyi Bakıda 24 m/san, Abşeron yarımadasında 26 m/san. çatır, arabir 30 m/saniyəyədək şiddətlənir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan  bildirilib ki, dalğanın hündürlüyü Günəşli yatağında 3,8 metrə çatıb.

Qeyd edək ki, bu, Qərargahın səhər saat 06:00-a olan operativ məlumatıdır.(publika)

Müstəqil.Az

mersin escort