Hadi Rəcəbli rus qızı ilə rəqsindən danışdı (VİDEO)

Xəbər verdiyimiz kimi, xarici ölkələrdən birində millət vəkili Hadi Rəcəblinin slavyan xanımla rəqsinin videosu yayılıb. Məclisdə Rəcəblinin keçmiş deputat həmkarı Asəf Hacıyev də iştirak edib.
Müstəqil.Az xəbər verir ki, sözügedən görüntülərlə bağlı Hadi Rəcəbli unikal.org-a açıqlama verib. Millət vəkili qeyd edib ki, bu görüntülər Rusiyada ailə məclisi zamanı çəkilib və qərəzli şəkildə yayımlanıb:
“Bu görüntülər bayram şənliyində çəkilib. Ailə tədbirində belə bir rəqsin edilməsi normaldır. Sözügedən görüntülərdə yanlış hər hansı addım atmamışam. Rəqs etməkdə qəbahət heç nə yoxdur. Hər kəs şənlikdə rəqs edə bilər. Mən fiziki əngəlli xanımla da rəqs etmişəm, dünya dağılmayıb ki? Bu görüntülər Rusiyada çəkilib. Mən ölkə xaricindəyəm gələndə bu görüntülərin nə məqsədlə yayıldığını araşdıracam”.


mersin escort