Usubov generalları vəzifədən azad etdi – Yeni təyinat

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Müstəqil.az xəbər verir ki, bu barədə Unikal.org-a DİN-dən məlumat verilib.

Nazirin digər əmri ilə, Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin Rəis müavini vəzifəsinə təyinat alıb.

Müstəqil.Az

mersin escort