Telekanallardakı seriallarda sponsorla bağlı vəziyyət ürəkaçan deyil.

Bu barədə Publika.az-a Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Məlumatda bildirilir ki, sponsorlar seriallarda gizli və açıq şəkildə reklam edilir. Bəzən hətta sponsorlar serialın süjet xəttinə də daxil edilir və serialın müəyyən bir bölümü səhnələşdirilmiş şəkildə sponsorun qabarıq reklamına həsr olunur. Bu hallar isə reklam qanunvericiliyinin pozulmasına gətirib çıxarır.

Şuranın məlumatında o da vurğulanır ki, milli efir məkanında teleserialların kəmiyyət baxımından artması tendensiyası davam etsə də, keyfiyyət baxımından çatışmazlıqlar qalmaqdadır.

Xüsusilə komediya janrında çəkilib nümayiş etdirilən seriallarda bir çox hallarda xalqımızın ailə-məişət münasibətləri, ailə dəyərləri təhrif olunur. Valideyn-övlad, qohumlararası münasibətlər Azərbaycan ailəsinə xas olmayan bir şəkildə təqdim edilir. Bu cür seriallara misal kimi Xəzər TV-də “Xalxın evi”, “AY yay, yay”, ATV-də “Qız atası”, “Bacanaqlar” və s. göstərmək olar.

Müstəqil.Az

16 baxılıb