İstanbulda bir dövlət xəstəxanasında ağlagəlməz bir hadisə baş verib.

Müstəqil.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, böyrək əməliyyatı olunmaq istəyən pasiyent əməliyyat otağında unudulub.

Məlumata görə, 34 yaşındakı Buğra Kiftir 4-5 saat əməliyyat otağında gözlədilib və nəhayət, ona həkimlərin iş saatının bitdiyi və evə getdikləri bildirilib.

“Dörd-beş saat yataraq gözlədim. Dəhşətli bir hadisədir. Orada unuduldum, mənim yerimdə yaşlı bir insan, yaxud da bir uşaq da ola bilərdi”, – o deyib.

Buğra Kiftir xəstəxanadan şikayət edəcəyini söyləyib.(publika)

11 baxılıb