Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova erməni mənşəli Rusiya vətəndaşının Azərbaycana buraxılmamasına etiraz edib.

 

Modern.az xəbər verir ki, Moskvada keçirilən ənənəvi brifinq zamanı o, bu kimi halları kobud qanun pozuntusu sayıb.

“Doğurdan da, mən bununla bağlı sosial şəbəkələrdə çoxsaylı məlumatlar oxumuşam. Bayram günlərində də insidentlər olub. Dəfələrlə fiksə etdiyimiz halları Azərbaycan tərəfinə ötürmüşük və sual işarəi qoymuşuq. Təəssüf ki, bu kimi hallar xoşagəlməz ənənə halını alıb. Ötən il 16 Rusiya vətəndaşı etnik mənsubiyyətinə görə Azərbaycana buraxılmayıb. Sadalanan faktlar bizə görə Rusiya vətəndaşlarının hüquqlarının kobud şəkildə pozulmasıdır”.

Müstəqil.Az

54 baxılıb