TV 8 kanalının rəhbəri, tanınmış aparıcı Acun Ilıcalının Türkiyə gözəli Itır Esenle görüşdüyü iddia edilir.

Müstəqil.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acunun yaxın günlərdə Itır Esenle romantik şam yeməyinə çıxdığı, daha sonra birlikdə teatra yollandığı irəli sürülüb. İddia edilir ki, Şeyma Subaşıdan 2018-ci ilin noyabrında boşanan Acun Ilıcalı ilə model hazırda Dubayda istirahət edir.

Qeyd etmək lazımdır ki, 48 yaşlı Acunun yeni sevgilisi eks-arvadına hədsiz bənzərliyi ilə diqqət çəkib.

1999-cu ildə dünyaya gələn Itır Esen “Yeşilçam” aktyorlarından Itır Esenin qohumu və Hayri Esenin nəvəsidir. İstanbul Universitetində İngilis dili fakültəsində təhsil alan Esen modelliklə məşğul olur. O, 2017-ci ildə Türkiyə gözəli seçilib. Lakin türk şəhidləri haqqında sosial şəbəkədə yazdığı təhqiramiz statusdan sonra gözəllik tacı onun əlindən alınıb.(publika)

103 baxılıb