Müstəqil.Az gənc şairə Aygün Sadiqin yeni şeirini təqdim edir:
VAR
 
Yenə güzgü qarşısında qabaq-qənşərik:
Səssiz baxan o gözlərin dərdi-səri var!
Daha onun gözlərində sevinc görmərik,
Mən bilirəm, bu qadının nə kədəri var !
 
Bacarmıram o güzgüdə məni görməyi,
Unutmuşam saçlarıma sığal verməyi.
Xatirənlə yola getmir ömür sürməyim!
Yetim qalmış dodağımda öpüş yerin var.
 
Düşüncələr əleyhimə yönəlib, sanki,
Qəlb evimin sirlərini anlamıram ki!
Mənim sevgi kitabımın, ömrüm, inan ki,
Səni yazan neçə gizli sətirləri var…
 
 
Üstünlüyü bu dünyaya yayandan səda,
Bəşər ona səcdə edib olarkən fəda.
Tanrı kimi bu həyatda qalib olsa da,
Təkcə sənə sevgisinə məğlub biri var!
Müstəqil.Az
130 baxılıb