İranın paytaxtı Tehran şəhərinin mərkəzi küçələrindən birində bir qadın baş örütüyünü açaraq, hakimiyyətin məcburi hicab siyasətinə etiraz edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yayılan video maraqla qarşılanıb.

Görüntüdən məlum olur ki, baş örtüyünü açan qadın “Baş örtüyünüzü açıb atın” şüarı yazılmış bir pankart qaldıraraq, küçədə gəzməyə başlayır.

O, bütün qadınları məcburi hicaba qarşı birgə mübarizəyə çağırıb.

Etirazçı qadının taleyi barədə məlumat yoxdur.

Qeyd edək ki, keçən il İranda hicaba qarşı keçirilmiş etirazlarda 40-dan çox qadın həbs edilib.

Müstəqil.Az

Həmin hadisənin video-görüntüsünü təqdim edirik:


40 baxılıb