Bu yaxınlarda yazıçı-şair, publisist, AYB, AJB və UASB-nin üzvü İradə Aytelin yeni kitabı işıq üzü gördü.

Müstəqil.Az xəbər verir ki, kitab müəllifin müxtəlif illərdə qələmə aldığı Azərbaycan Vətən Müharibəsi zamanı Şəmkir rayonunun Seyfəli kəndindən könüllü olaraq döyüşə atılan Şəhid oğullarımızın fədakarlıqlarından bəhs edən publisistik yazılardan ibarətdir.

“Elm və Təhsil” nəşriyyatında (Bakı-2019) çap olunan “Seyfəli şəhidləri” kitabının redaktoru Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Gəncə şəhər təşkilatının sədri Bəyanət Qasımov, üz qabığının müəllifi rəssam Nəvai Metindir.

Kitab  Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin dəstəyi ilə çapa hazırlanmışdır.

Bundan  əvvəl  müəllifin  “Sevgidən  doğulan  işıq”  (şeirlər),  “Bir  cüt  qızılgül”  (sənədli  roman),  “Çiçək  açan  dərdlərim”  (şeirlər), “İkimizin bir evimiz varıydı” (şeirlər), “Partizanın acı həqiqətləri” (sənədli roman), “Sədnik Paşa Pirsultanlının nəsri” (elmi-monoqrafiya), “Eynək taxan Günəş” (uşaqlar üçün hekayələr), “Qanlı öpüşlər” (hekayələr)  kitabları  işıq  üzü  görmüşdür.

Müstəqil.Az

 

105 baxılıb