İrana casusluq edən sabiq nazirə 11 illik həbs cəzası – FOTO

İyun ayında casusluqda ittiham edilən sabiq İsrail naziri həbs olunub.

Müstəqil.Az Sputniknews-a istinadla xəbər verir ki, İsrail Knessetinin sabiq deputatı, keçmiş energetika və infrastruktur naziri Qonen Seqev İran kəşfiyyatı üçün casusluq etdiyinə görə 11 il müddətinə azadlıqdan məhrum edilir.

Bu barədə məlumatı İsrailin Ədliyyə Nazirliyi yayıb. Bildirilib ki, o, 2012-ci ildə Nigeriyaya səfəri zamanı İranın səfirliyində xüsusi xidmət orqanları tərəfindən “işə götürülüb”. Q.Seqev, həmçinin iranlı vasitəçilərə şifrələnmiş məlumatların ötürülməsində, onlarla dünyanın müxtəlif ölkələrindəki otellərdə və mənzillərdə görüşməkdə ittiham olunur.

 

Müstəqil.Az

mersin escort