Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarına qatılacaq komandaların müəyyənləşəcəyi qadın voleybolçular arasında seçmə qrup mərhələsinin püşkü atılıb.
Müstəqil.Az xəbər verir ki, Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
Voleybolçularımız D qrupunda mübarizə aparacaq. Yığmamız Olimpiadaya vəsiqə uğrunda Braziliya, Dominikan Respublikası və Kamerunla üz-üzə gələcək. Qrupun təqvimi və oyunların tarixi bilinməsə də, avqust-sentyabr aylarında keçirilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, 24 komanda 6 qrupda yarışacaq. Hər qrupda birinci yeri tutan yığma Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.