Azərbaycanla sərhəddə “donuz qripi”ndən ölənlərin sayı 10 nəfərə çatdı

Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) ölənlərin sayı 10 nəfərə çatıb. Müstəqil.az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.

 

O bildirib ki, ölkədə qriplə bağlı vəziyyət nəzarət altındadır: “Hazırkı mərhələdə təlaş üçün əsas yoxdur. Vəziyyət tam olaraq nəzarət altındadır”.

 

Qeyd edək ki, hazırda Gürcüstanda hər 100 min sakinə 256 qripə yoluxmuş şəxs düşür. Ötən həftə ilə müqayisədə virusa yoluxma hallarında 21 azalma qeydə alınıb.

mersin escort