Müstəqil.Az bildirir ki,Dünən 6 yanvar,2019-cu il “Azərkitab kitab təbliğat mərkəzində ” həkim,şair Oqtay Şəfioğlunun “Yağmur mələyi”adlı yeni nəşr olunmuş ilk şeirlər kitabının təqdimat mərasimi və imza günü keçirilib.

Tədbirə tanınmış şairlər,jurnalistlər , Oqtay Şəfioğlunun həkim kollektivi,yaxınları və.s. qatılıblar.

Olduqca maraqlı keçən tədbirin aparıcıları AYB-nın üzvü,şairə,filoloq Aysel Səfərli və onun həyat yoldaşı gənc,istedadlı şair Səfa Rəşid  olub.

Kitabın ön söz müəllifləri-Ayaz Arabaçı,Nəcibə İlkinin ilk çıxışlarıyla başlayan yığıncaqda professor,şair Şahin Fazil,Hacı Rafiq,kitabın rəssamı Şəmsəddin Böyükdüzlü,tanınmış şair,jurnalist və yazıçılardan Arzu Nehrəmli,İlqar Türkoğlu,Narıngül Nadir,Aləmzər Sadıqqızı,Şəfəq Sahibli,Faiq Balabəyli,Adilə Nəzər,Ağalar İdrisoğıu,Qafqaz Əvəzoğlu,Telman İsa,Təbrizdən gələn şair-Çalğın Məhəmməd,Dərbənddən gələn şairlərdən Fəxrəddin Qəribsəs,Zeynəb Dərbəndli,şair Əli Əlibəyli,Qabil Nəbiyev,gənc şairlərdən Aysel Fikrət,Gülnarə İsrafil,Gülər Eldarqızı,Aidə Adıgözəl,Elvin Firudinoğlu,Niyaz Zeynaloğlu,Hidayət Sönməz,dəyərli oxucu-Gülnar Əhmədova,Medical House klinikasının baş həkimi Rauf Nağıyev,Avrasiya klinikasının baş həkimi Azər Nağıyev və başqa bir çox dəyərli insanlar Oqtay Şəfioğlunun yaradıcılığı haqqında söhbət açaraq ona uğurlar arzulayıb,şeirlər səsləndiriblər.

Tədbirin sonunda çıxış edən şair gələn qonaqlara,söz xiridarlarına öz dərin minnətdarlığını bildirərək bir neçə şeirini səsləndirmişdir.

Ömrünün 63-cü ilinin hiss və həyəcanlarını,duyğularını “Yağmur mələyi “adlı kitabında toplayan şairə yaradıcılıq uğurları arzulayırıq…

 

Aysel Səfərli

FOTOLAR: