Çin sahillərində iki gəmi toqquşub: 8 nəfər itkin düşüb

Çin sahillərində iki gəmi toqquşub.

Müstəqil.Az Trend-ə istinadən xəbər verir ki, səhər saatlarında Şərqi Çinin Fuszyan vilayəti sahillərində balıqçı şxunu ilə Honq Konqdan gələn yük gəmisi toqquşub. Nəticədə balıqçı gəmisi batıb, 8 nəfər itkin düşüb.

“Xinhua” agentliyi batan şxunun göyərtəsində qəza vaxtı 14 ekipaj üzvü olduğunu bildirir. Onlardan 6-nı xilas etmək mümkün olub.

Hazırda vertolyotlar da cəlb olunmaqla ərazidə axtarış-xilasetmə işləri davam edir.

Qəzanın səbəbləri barədə hələ məlumat verilmir.

Müstəqil.Az

mersin escort