Azərbaycan Türkiyə ilə birgə vaqon istehsal etməyi düşünür

“Azərbaycan Türkiyə ilə birgə vaqon istehsal etmək məsələsini nəzərdən keçirir”.

Müstəqil.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

QSC sədrinin sözlərinə görə, Sumqayıtda Türkiyə ilə birgə yeni vaqonların istehsalı nəzərdə tutulur:

“Bizdə dəmir yolunun eni 15-20 metrdir. Bu yol Rusiya qatarları üçün nəzərdə tutulub. Avropa standartları isə 14-35 metrdir. Bizim qatarların qabaritləri böyük olduğundan tunellərdə ilişir, keçə bilmirlər. Ona görə türkiyəlı mütəxəssislərlə danışıqlar aparırıq ki, qatarlar hibrid vaqonlardan ibarət olsun və biz bunu həm Türkiyədə, həm Avropada, eləcə də Azərbaycanda istifadə edə bilək”.

mersin escort