“Bilirsənmi necə olur ayrılıq? Səhərəcən yorğan altı hıcqırıq…”-Aida Adıgözəlin şeirləri…

Müstəqil.Az şairə Aida Adıgözəlin yeni şeirlərini təqdim edir:

 

Xatirələr soyuq olur…

Xatirələr soyuq olur əzizim…
Istiliyin illər alır ömürdən
Cırpınarsan bir anını tutasan,
Otur ağla…nə gələr ki,əlindən!

Xatirələr soyuq olur əzizim…
Ömür kitab…hər vərəqi bir dastan.
Can atarsan bir də yazım , sil başdan
Udqunarsan ,sözlər qopmaz dilindən.

Xatirələr soyuq olur əzizim …
Yaşar gedər,baxa baxa qalarsan
Ocaq sönmüş…odsuz közsüz yanarsan
Nə “keşkələr” boylanarlar ıçındən .

Xatirələr soyuq olur əzizim. ..

 

Bir  Günah işlədim

Bir günah işlədim, qara bir günah…
Sındırdım bir qəlbi, sevən ürəyi
Neynim qınamayın, unutdum vallah
Bir qəlbi, insanı necə sevməyi …

Ürək süfrə deyil acım ,agardım…
Unutdum birlikdə qoşa gəzməyi,
Gəl sənə öyrədim ,sənə danışım
Hər gün xəyanətə necə dözməyi…

Gəl sənə öyrədim soyuq yeməyi ,
İsidib süfrəyə necə düzməyi…
Gəl sənə öyrədim yuxusuz qalıb ,
Gecənin sirrini necə cözməyi. ..

Cevirdin daş qəlbli heykələ məni…
Unutdum üzündən deyib gülməyi.
Öyrəndim, sayəndə ürəksiz qalıb
Qaçıb insanlardan necə bezməyi…

Bir günah işlədim, qara bir günah,
Sındırdım bir qəlbi , sevən ürəyi…
Neynim qınamayın ,unutdum vallah,
Bir qəlbi ,insanı necə sevməyi…

 

Bilmirəm

Bəzən sözlər sönük qalır
Insanın düşündüklərini anlatmağa..
Darıxmaq mərəzinə tutulanda adam …
qəfildən pəncərədən icəri girmiş göyərçinə bənzərsən !
Özünü pəncərələrə atarsan, divarlara cırparsan…
Kişilər bu sarıdan bəlkə də xoşbəxtdirlər !
Onlar siqaret çəkərək qəlb yanğınların tüstüsüylə söndürürlər…
İçki içərək beyinlərindəki
sevdiklərini, xəyallarını öldürürlər !
Mən siqaret cəkməyi bilmirəm ki…
Siqaretin dumanında darıxmağım ərisin…
Tüstü burulganı xəyallarımı özüylə uzaqlara aparsın…
İcimdəki acını, darıxmagı söküb, söküb cıxarsın !
Darıxmaq ümidsizlikmi?
Darıxmaq carəsizlikmi?
Darıxmaq sevdiyin birinin yanında olmaması, həsrətidirmi?
Bılmırəm! Bilmirəm ! Bilmirəm !

Kim yazdı…

Bəlkə bu dunyaya bir də qayıdaq?
Aglayaq ,bagıraq taleyimizə…
Bəlkə bir diz cökək, birdə yalvaraq
Bizi çox görməsin bir birimizə?

Gözlərdən uzağa, uzağa qacaq…
Hamıdan gizlənək, ikimiz qalaq
Sevginin nəyi var dadın çıxaraq
Beləcə dağ cəkək həsrətimizə…

Yadında ? Nə qədər arzular vardı…
Danışar ,baxışar, göz yorulmazdı…
Ay allah…gecə də bizə çatmazdı
Nə anlar yazardıq hekayəmizə…

Bax ,yenə kövrəldim, yenə agladım
Sənli günlərimdə sənsiz dolandım
Hacan yaralandım , hacan sagaldım?
Kim yazdı kədəri illərimizə?

Kim yazdı kədəri illərimizə…

     Bilirsənmi?

Bilirsənmi necə olur ayrılıq?
Səhərəcən yorğan altı hıcqırıq
Agzın yumuq,icin nalə ,qışqırıq
Dinəmməzsən …

İz saldıqca yanaq boyu göz yaşı,
Xəyalların gəzdirdikcə dağ daşı ,
Canlandlqca o surəti,o qaşı
Dözəmməzsən…

Burnun ucu tütyə kimi göynəyər
Dişin sıxıb dodagını ceynəyər
Dörd divarla danışmaqdan çərləyər
Öləmməzsən…

Gözünü yum…sacındadı tumarı
Başın söykə. ..soyumayıb xumarı
Ağır imiş bu həsrətin qübarı
Cəkəmməzsən …

Aida Adıgözel

mersin escort