Yaxşı başımızı qatırıq… – “Feysbuk”da atışırıq…

Nərminləri yox, Nərminləri yetişdirən  ideologiyaları hədəfləməli, elmlənməli, maariflənməliyik…

Sultan Laçın

 

Yaxşı başımızı qatırıq… “Feysbuk”da, “Tvitter”də atışırıq… Güllələri hara gəldi atırıq… Əsas hədəflərdən başqa… Biri-birimizə, dünənki dosta, yoldaşa, hətta qardaşa….

***

Bizi yoldan, rizdən, hədəfdən azdırırlar…  Sosial şəbəkə çıxandan hamımız yazıçı olmuşuq… Odla, barıtla dolmuşuq… Bizə nə gəldi yazdırırlar…. Təki məqsəddən, hədəfdən yayınaq. Vaxt keçsin, zaman ötsün… Yaralarımızı qaysaq örtsün… Deyişirik, əyişirik hey boş-boş…

***

Doğru söz deyənə, yanlışdan üz döndərənə, haqq yolu göstərənə də “bizə dərs keçir” deyirik… İrəli gedənimizin əl-ayağını yeyirik…

***

Nərmin Şahmarzadələri yox, Nərminləri yetişdirən  ideologiyaları hədəfləməliyik… Söyüş söyməklə, deyişməklə iş aşmaz… Öyrənməli, elmlənməli, maariflənməliyik… Dinimizi, Quranımızı mənimsəməliyik…

****

Nə qədər ki,  ümumxalq düşüncə sistemimiz yanlışdı, milli, dini  dəyərlərdən uzaqdır, nə qədər ki, halalı haramdan, haqqı nahaqdan ayıra bilmirik, onlarla, yüzlərlə, minlərlə Nərminlər yetişəcək…

***

Yaxşı başımızı qatırıq- “Feysbuk”da atışırıq… Hərəmiz bir şirə, pələngə dönürük bu virtual məkanda… Elə bilirik, ayığıq… Çalışırıq… Əslində biz yatışırıq… Özümüz də bilmədən məkrli güclərin kirli oyunlarına qatışırıq…

***

Zaman ötür… Torpaq düşmən əlində… Biz isə nəhəng bir şounun iştirakçılarıyıq… “Feysbuk”da, “Tvitter”də atışırıq…. Hər tərəfə bulaşırıq… Tolerantlaşırıq…  Yavaş-yavaş hər şeyə alışırıq… Pulsuzluğa da, varsızılığa da, arsızlığa da, ağılsızlığa da, dağsızlığa da, bağsızlığa da, Qarabağsızlığa da…

***

“Feysbuk”da, “Tvitter”də atışırıq…. Yavaş-yavaş hər şeylə  barışırıq, düşüklərlə, arsızlarla, dələduzlarla yarışırıq, məclislərdə geylərlə, “mavi”lərlə qarışırıq…  Hər şeyə alışırıq… Əsas odur- Qarabağdan uzaqlaşırıq…

Sultan Laçın – yazarın arxivi

mersin escort