Fransadan PKK-ya dəstək – Türkiyəyə zərbə

ABŞ hərbçilərinin Suriyadan çəkiləcəyi barədə açıqlamadan sonra Fransa boşluğu doldurmaq üçün hərəkətə keçib. Fransızların Suriyada əsgərlərin sayını 5 minə artırmağı planlaşdırdığı iddia olunur. Məlumatlara görə, təmas xəttində ABŞ-ın boşaltdığı bölgələrdə Fransa bayrağı asılacaq.

Teleqraf.com xəbər verir ki, Fransa gizli və açıq toplantılarda PKK terror təşkilatına tam dəstək verəcəyini bəyan edib.

İlk iclas cümə günü keçirilib. Fransa hərbi dairələrinin rəhbərləri PKK rəhbərliyi ilə Rakkanın şimalında Ayn İsada görüşüb. Görüşdə Fransa tərəfi logistika, döyüş sursatı və müxtəlif növ avadanlıq daxil olmaqla hər cür dəstək göstərməyə hazır olduqlarını bildiriblər. Fransızlar həmçinin PKK-nı Türkiyə və İrana qarşı himayə edəcəklərini söyləyiblər.

Həmin gün Rakka şəhərində başqa bir toplantı da baş tutub. ABŞ, PKK və Fransa təmsilçiləri bir araya gələrək Türkiyənin bölgədə həyata keçirəcəyi genişmaştablı əməliyyatına qarşı strategiya barədə fikir mübadiləsi aparıblar.

Özünə müttəfiq axtarışında olan PKK terror təşkilatı Fransanın paytaxtı Parisdə də müzakirələrə başlayıb. Təşkilatın rəhbərliyində təmsil olunan İlham Əhmədlə Riyad Dirar Yelisey sarayında qəbul olunub. Heyət Fransa Prezidenti Emmanuel Makronun Suriya üzrə təmsilçisi François Senemand tərəfindən qarşılanıb. Makronun köməkçiləri toplantıda PKK-ya dəstək mesajları veriblər. PKK təmsilçiləri Suriyanın şimalının uçuş üçün qadağan olunan bölgə kimi elan edilməsini istəyib.

mersin escort