Gəncədə avtomobil tələbələri vurdu – ADLAR

Gəncə şəhərində avtomobillə vurulan piyadaların kimliyi məlum olub.

Milli.Az Report-a istinadən xəbər verir ki, bunlar Tərtər rayon sakinləri – 1993-cü il təvəllüdlü Mehdiyev Mehdi Rövşən oğlu və 1993-cü il təvəllüdlü Tufanlı Həsən Zaur oğludur.

Hər iki piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.

M.Mehdiyev Gəncədəki universitetlərdən birinin 3-cü kursunda, H.Tufanlı isə 2-ci kursunda oxuyur.

Qeyd edək ki, hadisə dekabrın 21-də axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib. Tələbələri “Seat Toledo” markalı avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.

mersin escort