“Daha ömür istəmirəm, Daha yaşamağa toxam…”-Gənc yazar Aypara Mehmanovanın şeirləri

Müstəqil.Az istedadlı və gənc yazar Aypara Məmmədovanın şeirlərini təqdim edir:
DAHA….
Daha barmaqlarım qırov bağlamır
Donuq baxışımın buzu əriyib.
“Sıx bizi köksünə” deyib ağlamır
Daha xatirələr susub, kiriyib.
 
Dolabda yas tutmur heç bir asılqan,
Qaralar göy,sarı və ala dönüb.
Gözə işıq gəlib,yanağıma qan,
Yuxu rejimim də normala dönüb.
 
Ayrılıq gözümə dağ kimi dəymir,
Həsrətin qudurub çıxmır özündən.
Yoxluğun o cəllad libasın geymir
Daha iraq tutur məni gözündən.
 
Gedişin də daha müəmma deyil
Artıq bilməcələr çözə bilirəm.
Tüstüyə,dumana etmirəm meyil
Nə ağrı olsa da dözə bilirəm.
 
Nə payız kövrəldir məni, nə yağış
Əvvəlki o gözü sulu deyiləm.
Qəlbimdə etmişəm xeyli yır-yığış
O qürursuzmuyam yenə əyiləm?
 
Gözümdə zirvəyə qoyduğum adam
Kim idi bir vaxtlar kimə çevrildi.
Bu gün o son sevgi qırıntısı da
Sərçə dimdiyində yemə çevrildi.
              ALDANMA…
Yüzümdeki tebessüme aldanma
Toz dumandır halim aslında
Kırlangıçlar göç edeli yüreğimden
İyi değilim, hiç iyi değilim ben…
Şimdi gözlerim buğulu
İçimin kaldırımları yanık kahve rengi
Göklerimde gri bulutlar
Yani anlayacağın
Havam çokca sonbahar
Hadi,sevgili
şemsiye tut yüreğimdeki “sen”e şimdi
Az sonra yağmur var..
 Daha yaşamağa toxam..
Vurub hicran adlı oxla
Döz dedin də,dağmıyam mən?
Nə olar ki,hərdən yoxla
Gör ölmüşəm,sağmıyam mən..
 
Bir kətillik*,bir iplik can
Ardında qoydun gedəndə
Nə mənası yaşamağın
Səndən sonra bu bədəndə?
 
Gülüşlərim vardı mənim
Ağaran dan yeri kimi
Qətlə fərman vermədinmi
Əzazilin biri kimi?
 
Küskünlüyüm həyatadır
Sənə qarşı kin tutmuram
Mənim bircə Allahım var
Əlli məzhəb,din tutmuram.
 
Bürünmüşəm sükutuma
Var olduğum qədər yoxam.
Daha ömür istəmirəm
Daha yaşamağa toxam…
 
 
 
mersin escort