Düşmən ordusunda ağır itki: 7 ölü, 10 yaralı

İşğal olunmuş ərazilərimizdə yerləşdirilən Ermənistan ordusunun bölmələrində qeyri döyüş şəraitində, özbaşınalıqlar və qanunsuzluqlar səbəbindən ölən və yaralananların sayı artmaqda davam edir.
Müstəqil.Az Moderator24.com-a istinadla xəbər verir ki, son günlər Ermənistan saytlarının və sosial şəbəkələrdə yayılan məlumatları təhlil edərkən, dekabrın 15 günü ərzində düşmən ordusunun ölən və yaralanan olmaqla 17 nəfər itirdiyi ortaya çıxır.
Məlumatlardan məlum olur ki, qar uçqunu, yol-nəqliyyat qəzası və digər səbəblərdən 7 nəfər düşmən ordusunun hərbi qulluqçusu ölüb və təhlükəsizlik qaydalarını pozulması, özünə qəsd, minaya düşmə və digər hadisələr nəticəsində isə 10 düşmən hərbçisi ağır yaralanıb.
Ölən və yaralananların çoxu zabitlər və müqaviləli hərbi qulluqçulardır.
mersin escort