Bayram Səfərovun vəzifədən alınmasının – Səbəbi

Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yeni idarə heyəti təsdiq edilib. İclasın yekun nəticəsinə əsasən, Tural Gəncəliyev icmanın yeni sədri, Asif Cahagirov onun müavini, Elçin Əhmədov isə Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri olub. Bununla Dağlıq Qarabağ İcmasına 9 il rəhbərlik edən Bayram Səfərov tutduğu postdan uzaqlaşıb.

Axar.az xəbər verir ki, 68 yaşı olan Səfərovu daha gənc və indiyə qədər ictimaiyyətə elə də tanış olmayan Gəncəliyevin əvəzləməsi maraqla qarşılanıb. Belə ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri kimi mühüm vəzifəyə yeni təyinatın heşç olmasa bundan sonra qurumunb ictimai-siyasi fəaliyyətində dönüş yaradacağı umulur.

Tural Babaşah oğlu Gəncəliyev 1980-ci ildə Şuşada anadan olub. Bakı Dövlət Universitetində Hüquq fakültəsində təhsil alıb, Ombudsman Aparatında və XİN-də çalışıb. Belə ki, 2014-cü ildə o, Azərbaycanın Çexiyadakı səfirliyində 1 katib işləyib.

Gəncəliyevlə bağlı maraqlı fakt onun musiqiyə marağı ilə bağlıdır. Belə ki, 2014-cü ildə o, Azərbaycanın Çexiyadakı səfirliyinin digər əməkdaşları ilə birgə Praqadakı Çexiya Milli Muzeyinin binasında “Azərbaycan – Möcüzəli Odlar Yurdu” (“Azerbaijan – magical land of fire”) adlı sərginin əsas təşkilatçılarından biri olub. Tədbirlə bağlı ən maraqlı məqam isə burada azərbaycanlı diplomatlar Nigar Əfəndiyev və Tural Gəncəliyevin dahi bəstəkar Üzeyir Hacıbəyovun “Sənsiz” əsərini tar və fortepianoda ifa etmələri idi.

Gəncəliyevlə bağlı başqa bir məlumat isə 2017-ci ilə aiddir. Belə ki, həmin ilin noyabrın 16-da ATƏT-in Vyana şəhərində yerləşən mənzil-qərargahında Azərbaycanın Avstriyadakı səfirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “ATƏT məkanında məcburi köçkünlər üçün ədalətə əlçatanlıq və bunun münaqişələrin həlli prosesində rolu” mövzusunda beynəlxalq konfransda Tural Gəncəliyev də iştirak edib. XİN-in Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibi vəzifəsində çalışan Gəncəliyev rəsmi məlumata əsasən tədbirə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin nümayəndəsi kimi qatılıb. O, tədbirdə Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasətinin canlı şahidi kimi öz fikirlərini bölüşərək, Dağlıq Qarabağın azərbaycanlı icmasının münaqişənin həlli prosesində erməni icması ilə bərabərhüquqlu maraqlı tərəf olduğunu, bunun münaqişə üzrə qəbul edilmiş ATƏT sənədlərində öz əksini tapdığını diqqətə çatdırıb.

Xüsusi olaraq qeyd edək ki, icra başçısı olan və hər zaman qeyri-standart davranışları ilə diqqət çəkən Bayram Səfərovun bu postda peşəkar diplomat, beynəlxalq hüquqa bələd intellektli gənc kadrla əvəzlənməsi ciddi məqamdan xəbər verir. Görünür, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mövqeyi artıq belnəlxalq müstəviyə qədəm qoyur.

 

mersin escort