24 min əsgər eyni anda HƏRƏKƏTƏ KEÇƏCƏK – Düşməni darmadağın edəcək PLAN ÜZƏ ÇIXDI

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Fərat çayının şərqində yerləşən terror birliklərinə qarşı keçirəcəyi hərbi hərəkatın planı artıq hazırdır.

Publika.az xəbər verir ki, “Mehmetçik” hərəkətə keçmək üçün əmr gözləyir.

İlk mərhələ 2 ay

Suriya sərhədindən 23-24 min əsgər və ASO üzvü keçəcək. Birliklər PKK terror təşkilatının işğal etdiyi bölgələrə 10 ayrı nöqtədən girəcək. Hədəf təmizlənmənin ilk mərhələsini 2 ay içində bitirməkdir.

Hərəkat daha öncə “Zeytun budağı” əməliyyatını idarə edən 2-ci ordu komandiri, general İsmayıl Mətin Təmələ tapşırılıb.

İlk hədəf

Əməliyyatın ilk hədəfi PKK/YPG-nin amerikalı əsgərlərlə birlikdə hazırladığı tunellər və pusqular olacaq. Kəşfiyyat uçuşları ilə təyin edilən, tonlarla partlayıcı qoyulan tunellər partladılacaq. Daha sonra əvvəlcədən müəyyən edilən strateji hədəflər havadan və qurudan kəskin atəş altına alınacaq. Hədəflər məhv edildikdən sonra quru qoşunları hərəkətə keçəcək.

Kəşfiyyat tədbirləri

Hərəkatda 17 min kilometrlik ərazinin terrorçulardan təmizlənməsi planlaşdırılıb. Bilgilərin düşmənə ötürülməsinin qarşısını almaq üçün hərəkatın Suriyanın daxilindəki qismi son ana qədər kimsə ilə paylaşılamayacaq.

Əlavə yardım

Yardım üçün İdlibdəki ASO birliklərinin əlavə qüvvəsi artıq yola çıxıb. Bölgədə olan Suvvar İdlib Qrupunun komandiri 8-15 minlik əlavə qüvvənin hərəkata göndəriləcəyini bildirib.

Düşmənin planları

Təl Əbyad məclisinin sədri Əkrəm Dədə Zor Mağardan Rəsul Ayna qədər uzanan sərhəd xəttində yerləşən yüzlərlə evdə minaların qurulduğunu, türk əsgərləri ilə ASO-nun bölgədən keçidi zamanı patladılacağını deyib. O, təşkilatın paralel tunellərlə yanaşı, paralelə 90 dərəcə əks qazılmış tunellərin qazıldığını və buradan Türkiyəyə keçərək kamikadze hücumları edəcəklərini açıqlayıb.

ABŞ hərəkətə keçdi

Hərəkat öncəsi PKK-çılarla görüşən Pentaqon nümayəndələri hərəkat zamanı çətin vəziyyətdə qalan terrorçuların ABŞ-ın bölgədəki bazalarına sığına biləcəklərini deyib. Bu bazalara sığınan terrorçular ABŞ-ın qoruması altında qurudan və havadan Rakka və Qamışlı bölgələrinə aparılacaq.

Körfəz ölkələrindən hərbi dəstək

Digər tərəfdən hərəkatın qarşısını almaq istəyən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bölgəyə yeni heyət göndərib. Amerikalı mülki və hərbi nümayəndələrlə birlikdə ərəb tayfaları və PKK liderləri ilə görüşən körfəz heyəti 3-cü yol başlığı altında yeni bir düstur ortaya atıb. Heyət Haseki, Münbiç, Təl Əbyad, Rəsulayn, Rakka və Qamışlı ilə sərhəd xəttinə Peşmərgə milisləri ilə birgə körfəz ölkələri və Misirdən gətiriləcək qüvvələrin yerləşdirilməsini təklif edib. PKK liderləri bu təklifi qəbul edib.

mersin escort