Nərmin Şahmarzadənin və həmfikirlərinin əqli şəfası ümidilə fikirlərini qələmə alan gənc yazır…

“Gənc insan Nərmin Şahmarzadənin və həmfikirlərinin əqli şəfasına ümüdlə qələmə alıram”
 
Uzatmadan birbaşa məsələyə daxil olacağam. Bir həftədir ki, az qala bütün ölkənin sosial mühitini çalxalayan məlum qadının öz təxəyyülünə söykənərək bildirdiyi absurd fikirlərin üzərində dayanmağın nə qədər mənasız və boş iş olduğunu düşünsəm də, bu bərədə bir neçə cümlə qaralamadan keçməyi öz vətəndaş qüruruma sığışdıra bilməyəcəyəm. Ona görə yox ki, bu cümlələri onun və həmfikirlərinin oxumaq ehtimalını düşünərək, kobud dillə desək, onları islah etmək fikrinə düşmüşəm. Əsla! Onsuz da təfəkkürünü işə sala bilən hər bir şəxs kimi mən də sevgi adlandırılan metafizik qavramın ən bərbəzəkli dona bürünmüş ən məntiqli cümlələrlə belə hər hansısa fərdin idrakına yerləşdirilə bilməyəcəyini yaxşı anlayıram.
Beləliklə, mənim narahatlığımın fitilini alışdıran milli görüşləri aşınmaya uğramış konkret bir şəxs yox, gənc nəslin bir hissəsidir. Fərz etsək ki, bu cür zəhərli düşüncənin ən güclü infeksiyon xəstəliklər qədər yayılma potensialı var, onda bir cəmiyyət üçün bunun top-tüfəngdən daha ağır xəsarətə yol açacaq bir proses olduğunu düşünməyimizə kimsə etiraz etməz. Bir tərəfdən mövcud şəraitdə xalqımızın ümumsiyasi və tarixi amalının ziddinə gedən bu absurd zehniyyətə yunan mənşəli “kosmopolites” adını verib onu humanizmin olmazsa olmazı və vacib elmi konsepsiya kimi təqdim etmək ayrı bir dərd açmışdır başımıza.
Dünyanın ən humanist mütəfəkkirləri belə bir əsr boyunca şəxsinə qarşı iki dəfə soyqırım törədilmiş bir xalqın qoynunda cücərən kosmopolit düşüncələri acı qəh-qəhələrlə qarşılayacaqdır.
Fikrimi daha aydın və anlaşılan etmək üçün təcrübi misala böyük bir ehtiyac hiss edirəm:
Birinci dünya müharibəsindən məğlub, dağıntılara məruz qalaraq, ac-yalavac çıxan Almaniyanın ədəbiyyatına göz atsaq, bütün ədəbi nümunələrin hər sətrində, şeirlərin hər misrasında düşmənə nifrətin gözə batdığının şahidi olarıq. Səbəb isə çox şəffafdır, yağmalanmış bir yurdda, tapdanmış bir torpaqda xalqların dostluq və qardaşlıq nəğmələri ilə bağlı mahnılar bayquş ulmasından fərqsiz bir şey olar. Axı bundan normal nə var?
Ancaq nəzərlərimizi bir də faşist Almaniyasının ədəbiyyatına çevirsək, estafeti kosmoplit qələm ustalarının ələ aldığının şahidi olarıq. Burda da hər şey olduqca normaldır. A.Hitlerin ekspansiyalar və istilalar vasitəsi ilə Almaniyanın cibinə yığdığı xalqları itaətdə saxlamaq üçün onların qulağına qardaşlıq nağılları pıçıldamaq sizcə də hiyləgər bir siyasətin təzahür forması deyilmi?!
Eyni qayda ilə Sovet imperiyasının – Xalqlar həbsxanasının kosmopolit şairlərinin daşı dəmirə yapışdırmaq cəhdləri də düşünülmüş bir siyasi fahişəlik idi.
Indi nə faşist Almaniyası, nə də Sovet ittifaqı var. Lakin yer üzünün maddi nemətlərini tək əldə mənimsəmək istəyən qüvvələr bu gün öz imperialist saqqallarını qloballaşma və sözdə mədəniyyətlərin uzlaşması ülgücü ilə qırxıb təmizləyirlər. Yeni bir xalqlar həbsxanasını inşa etmək və məhbus xalqların onun baraklarında sükunət içində cəza çəkmələrini təmin etmək üçün onlara sözdə qardaşlıq, yol yoldaşılıq düşüncələri aşılamaq imperialistlərin siyasi fəlsəfəsidir.(Bəzən lazım bilinərsə, bu məhbuslardan birinin boğazına edam kəndirini keçirmək vəzifəsi digərinə həvalə edilir.)
Məsələni lokallaşdırmamaq, ölkəmizin sərhədləri daxilinə gətirməmək həll üsulunu tapmaqda bizi çıxılmaza sürükləyə bilər. Erməni millətinin və havadarlarının iki yüz ili aşmış bir müddətdə torpaqlarımızı qurd kimi gəmirməyi kim üçün mübahisəlidir? Ermənistan dövlətinin Azərbaycanın varlığını öz suverneliyinə bir təhdid kimi qiymətləndirməsi kim üçün yenidir? Cəbhədə əlində silah, dişlərini qıcamış 18 yaşlı erməninin küpəgirən qarı qədər kibirli olduğu kim üçün inandırıcı deyil?
Əgər bir sülh və dostluq olacaqsa, bu nəzəri və təcrübü cəhətdən o zaman mümkündür ki, ermənistan silahlı qüvvələrinin əsgərləri bir əllərində ağ bayraq, bir əllərində isə Azərbaycan xalqından yazılı şəkildə üzrünün qeyd olunduğu vərəqlə təmas xəttini keçib təslim olsunlar. Xanımlar və cənablar, qeyd etdiyim şərt altında burada sizlərə həmin fərdlərə humanistlik göstərəcək ilk insan mən olacağına söz verirəm.
Mahir Abbasov
mersin escort