“Taparsan itiyini, Dünya balaca kənddir…”- Gənc şairə Fatimə Əlihüseynin şeirləri…

Müstəqil.Az gənc , istedadlı şairə Fatimə Əlihüseynin  şeirlərini təqdim edir:
KİRAYƏLİK ZİYAFƏT DONU.
 
Bir məkandan,yüz bədənə köçən gözəl…
Beş saatlıq xatirəni,müvəqqəti biçən gözəl…
Daş-qaşından,zər-zibandan məmnunmusan?!
Hər vücuddan,üzərinə bir yad qoxu çəkən gözəl…
Hər gecədən gözlərinə ,bir yad yuxu çökən gözəl…
Taleyinin qismətinə düşən paydan,məmnunmusan?!…
Bənövşətək boynubükük,məlul-müşgül….
Kirayəlik qadınlartək,müştəri gözləyən gözəl…
Kirayəlik sevincləri paylamaqdan məmnunmusan?!
Hər xanımın qarşısında min naz ilə…
Məni apar,məni apar..
Haylamaqdan məmnunmusan?!
Dilin olsa nə deyərdin?!…
Deyərdinmi,yorulmuşam bu şöhrətdən?!
Bircə sahibim olaydı,ömrümü ona sataydım…
Hər gecə doğma yuvamda,öz dolabımda yataydım…
Eyş-işrətlər məclisində ucalmaqdan iyrənmişəm…
Bir dükanın vitrinində qocalmaqdan iyrənmişəm…!
Belə desən düşünərdim…
Elə bilmə zavallısan…
Ruhun qumaşdandır amma..
Çox puç ruhdan heyrətlisən…
Bir də, nə olsun paltarsan…
Ən azından,kirayəlik qadınlardan milyon kərə qeyrətlisən!…
                Bəsdir…
Könlüm, mәni yazdırma, qiraәt mәnә bәsdir!…
Ehya verә bilsәm sözә, riqqәt mәnә bәsdir!…
Min cövr-cәfa var ürәyimdә, mәni boş ver,
Dindirmә mәni, qoy mәni rahәt, mәnә bәsdir…
Aldıqca qәlәm dәstimә bәrbad olur әqlim,
Qoy dәrdi-sәrimi qala xәlvәt, mәnә bәsdir…
Gah işdә mәni ram elәyәn, gah evimizdә,
Bu şən ufacıqlar ilә külfәt mәnә bәsdir…
Zәnn eylәmәyin naşükürәm, min şükür Allah!…
Ondan düşә bir qәtrә inayәt, mәnә bәsdir!…
Yazsam mәn özümdәn,yeni әfsanәyә bәnzәr,
Qoy, qıssa yazım, mәncә hekayәt mәnә bәsdir…
Ya Rәbbi, kәnar et mәni hәr ağlı dayazdan,
Ustadım әgәr versә bәraət,mәnә bәsdir…
Hәr xoş sözә ilhamә gәlәn dil deyilәm mәn,
Allah özü bәxş etsә hәrarәt mәnә bәsdir!…
Mәn Fatimә, әşar ilә fәxr etmәrәm, ey dil,
İsmimdәdi әşarә şәrafәt, mәnә bәsdir!…
Sadədən sadə…
 
İnsan,insana dərman…
İnsan insana dərddir…
Artıq olanda zəhər,
Az-az olanda qənddir…
Uyub köhnə tasına*,
Şənliyinə,yasına,
Oyna” zər “havasına,
Həyatın özü nərddir…
Tüstü bacadan uca,
Cavan qocadan uca,
Alçaq ucadan uca,
Tapmaca dolu fənddir…
Ağlayanda kirimək,
Qəmi-dərdi kürümək,
Asan deyil yerimək…
Hər tərəf bərə-bənddir…
Arayıb yetiyini,
Sayıq tut tətiyini…
Taparsan itiyini,
Dünya balaca kənddir…
Çox şey dəyişməyib ki?
 
Tərk edəndən “həmin”əm…
 
Məni düşündüyündən,
 
Adım kimi əminəm.
 
Yenə eyni yuxular
 
Palçıqlı küçələrdə.
 
Yenə nəfəsi soyuq,
 
İnsafsız gecələrdə.
 
Yenə mətbəxdə gizlin,
 
Soğan öpər gözümü.
 
Yenə yad divarlara,
 
Pıçıldaram sözümü.
 
İçim çölümə ögey,
 
Öz-özümdən sürgünəm.
 
Sən yağmalayan gündən,
 
Ruhumdan didərginəm.
 
Bir vaxt sən idin dünyam,
 
Neyləyərdim özgəni?
 
İndi lənətləyərəm,
 
Görər-görməz kölgəni.
 
İsitmədin istinə,
 
Tüstünə boğdun məni.
 
Bu günəşli dünyadan,
 
Zülmətə qovdun məni.
 
Yuxum gerçəyə döndü.
 
Bax, həmin gecədəyəm.
 
Əlim,üzüm bulaşıq,
 
Palçıqlı küçədəyəm.
 
Daha o dağ vüqarı
 
Daşımıram çiynimdə.
 
Qürurum da daralıb,
 
Nimdaşlaşıb əynimdə.
 
Yalanımı tut artıq.
 
Çox şeyi dəyişmişəm,
 
Mən yaşamaq uğrunda,
 
Ölümlə döyüşmüşəm.
 
Səni arzulamıram,
 
Dərdimlə, qınağımla.
 
İşığa yol qazıram,
 
Dişimlə, dırnağımla.
 
Məni xatirəndə gəz,
 
Danışmayım, dinməyim.
 
Nə sən geri çağırma,
 
Nə mən geri dönməyim.
 
 
 
mersin escort