Bakı Limanı köçürülür

“Bakı Limanının köçürülməsi işləri artıq başlayıb”.

Bunu jurnalistlərə açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat katibi Vəfa Səfərli deyib.

Onun sözlərinə görə, hazırda limandakı kranların sökülməsi prosesi gedir: “Növbəti il əməliyyatların böyük bir hissəsi Ələtdə olacaq. 2019 -cu ilin I rübündən bütün əməliyyatlar orda həyata keçiriləcək”. (report)

mersin escort