Türkiyədə QATAR QƏZASI: çox sayda ölü və yaralı var – FOTO/VİDEO

Türkiyənin Ankara şəhərində baş verən qatar qəzasında ölənlərin və yaralananların sayı artmaqdadır.

Publika.az xəbər verir ki, qəzada 1 maşinist olmaqla, 6 nəfər ölüb. 46 nəfər yaralanıb. Ankara Respublika Baş Prokurorluğu qəza ilə bağlı istintaq əməliyyatı başladıb.

***

Türkiyənin Ankara şəhərində qatar qəzasının səbəbi açıqlanıb.

Ankara valisi Vasip Şahin sürət qatarının şəhər ətrafına gedən qatarlardan biri ilə toqquşduğunu bildirib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb.

***

Türkiyənin paytaxtı Ankarada sürət qatarı qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, qatarının qəzaya uğraması nəticəsində çox sayda ölü və yaralı var. İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 20 nəfərə yaxın sərnişin yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.

Qatar Ankara-Konya marşrutu üzrə hərəkət edirmiş.

Qəzanın baş vermə səbəbi hələ məlum deyil. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

mersin escort