Türkiyənin  “ll Uluslararası Ihlara vadisi Yunus Əmrə şeir şöləninin” iştirakçısı olan gənc Şairə Günay Nərimanın səfər təəssüratları…

Müstəqil.Az Bu yaxınlarda Türkiyənin Aksaray vilayətində “ ll Uluslararası Ihlara vadisi Yunus Əmrə şeir şöləninin” iştirakçısı olan gənc Şairə Günay Nərimanın səfər təəssüratlarını sizlərə olduğu kimi təqdim edir:
Türkiyənin Aksaray vilayətində ll Uluslararası Ihlara vadisi Yunus Əmrə şeir şöləninə dəvət almaq və iştirak etmək məni çox qürurlandırdı.
Aksaray Bələdiyyəsinin təşkilatçılığı və Ibrahim Düğer bəyin zəhməti ilə həyata keçirilən üç günlük silsilə tədbirlər çərçivəsində unudulmaz gəzintilər həyata keçirildi.
Tarixi yerləri gəzdik, oranın mətbəxinin zənginliyini gördük və daddıq, yeni könüldaşlarla tanış olduq.
Qəlbləri biri-birindən gözəl olan bütün iştirakçıları çox sevdim.
Əsrlər öncə yerin altında salınan şəhəri gəzdik, on min il bundan əvvəl tikilən evlərin qalıqlarını gördük, tarixi karvansaralar, məscidləri ziyarət etdik. Bu gəzintilərdə bizə Aksaray Kültür müdiri Mustafa Doğan bəy yardımcımız oldu. Bizlərə Gördüklərimizlə bağlı ətraflı məlumat verdi. Çox yüksək qonaqpərvərliklə qarşılandıq və o yerlərə xas olan yeməklərdən daddıq.
Dekabr ayının 7-8-9-nu əhatə edən tədbirlər silsiləsinin sonuncu günü möhtəşəm yekun tədbiri keçirildi. Aksaray Bələdiyyə başqanı Haluk Şahin Yazgı beyin, Güven Kemerkaya bəyin və şəhər rəsmilərinin iştirakıyla başlayan tədbirdə, əlimdə Azərbaycan bayrağı ilə səhnəyə çıxmaq və çıxış etmək həqiqətən qürurverici idi. ” Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”
Günay Nəriman
FOTOLAR:

 

mersin escort