Gürcüstanda mer əlil azərbaycanlı gəncin arzusunu yerinə yetirdi (FOTO)

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun meri David Şerazadişvili rayonun Naxiduri kəndinin 18 yaşlı fiziki məhdudiyyətli sakini Leyla İsmayılovanın arzusunu yerinə yetirib.
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Bolnisi rayon bələdiyyəsi məlumat yayıb.
L.İsmayılova bir neçə ay öncə kənddə sosial təminatsız və məhdud fiziki imkanlı qadınlarla bağlı keçirilmiş görüşdə şəxsi kompüterinin olmasını arzu etdiyini bildirib. O, noutbukun onun cəmiyyətə inteqrasiyasına və daha fəal olmasına kömək edəcəyini deyib.
D.Şerazadişvili bu gün L.İsmayılovanın yaşadığı evə baş çəkib və gəncə noutbuk hədiyyə edib.
Bolnisi rayon bələdiyyəsi L.İsmayılovanın ailəsinin vəziyyətini daim diqqət mərkəzində saxladığını qeyd edib.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!

mersin escort