Bakıda daş sexində DƏHŞƏTLİ HADİSƏ: fəhlə divarla aparatın arasında qaldı və…

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Müstəqil.az xəbər verir ki, Qaradağ rayonunda yerləşən “Karvan” daş sexində gecə saatlarında 1 nəfərin ölməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Məlum olub ki, ölən şəxs 1970-ci il təvəllüdlü Qasımov Müşfiq Dadaş oğludur.

Məlumata görə, 48 yaşlı M.Qasımov karxana ərazisində şırımaçan aparatın üzərində dayanaraq iş görürmüş. Bu zaman qəza baş verib və şırımasan qurğu seldən çıxıb. Aparatla divarın arasında qalan M.Qasımov hadisə yerindəcə keçinib.

Bildirilir ki, daş sexi iş adamı Tarverdiyev Elman Əliş oğluna məxsusdur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

mersin escort