Bir çox xəstəliklərin dərmanı – Qırmızı meyvə

Fars dilində “qırmızı meyvə” adlanan və limonlu ədviyyat olaraq tanınan sumağın insan sağlamlığına faydası çoxdur.

Müstəqil.Az Teleqraf.com-a istinadla xəbər verir ki, yeməklərə və salatlara turş dad verən sumaqdan ölkəmizdə də çox istifadə olunur.

Bəs sumağın faydaları nədir?

Sumaq infeksiya xəstəliklərinin qarşısını alır. Bədəndə iltihablaşma, qızdırma, dəri iltihabı, nəfəs alma pozğunluğu, bronxit kimi xəstəliklərə şəfadır.

Soyuqdəymə, artrit və digər iltihab xəstəliklərin müalicəsində faydalıdır.

Sumaq dəri xəstəliklərinin müalicəsinə və yaraların sağalmasına da kömək edir. Döyülməmiş sumaq yarpaqları dəri səpkilərinə və diş əti iltihabına müsbət təsir edir.

Bildiyimiz kim, yüksək xolesterol ürək və qaraciyər xəstəliklərinin əsas səbəblərindən biridir. Siçanlar üzərində aparılan bir təcrübədə sumaq meyvələrinin qan xolesterolunu aşağı saldığı ortaya çıxıb.

Buna görə də sumaq ürəyi və qaraciyəri qorumaq üçün yararlıdır.

Araşdırma zamanı sumaqda anti-xərçəng xüsusiyyətin olduğu aşkarlanıb. Bu zaman sumağın digər sağlam hüceyrələrə mənfi təsir etmədiyi, amma xərçəng olan hüceyrələri məhv etdiyi müşahidə olub.

Sumaq qadın xəstəliklərinin müalicəsi üçün də faydalıdır. Ondan eyni zamanda ana südünün artırılması məqsədilə də istifadə olunur. Müntəzəm sumaq yemək menstrual pozğunluğa və bu zaman yaranan ağrıların kəsməsinə gətirib çıxarır.

Zərərli toksinlər zaman-zaman bədəndə toplanır və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Sumaq isə bu toksinlərin bədəndən asan şəkildə çıxarılmasını təmin edir.

Sumaqdan sinə və nəfəs yolları xəstəliklərinin müalicəsinə müsbət təsir göstərir.

Sumağın sidikqovucu xüsusiyyəti var. Çox vaxt bağırsaqdan şikayətlənən adamlar da sumaqdan faydalanırlar. Turş sumaq suyu mədə rahatsızlığını aradan qaldırmağa kömək edir. Uşaqlarda rast gəlinən yatağa sidik qaçırma zamanı sumaqdan istifadə yaxşı variant sayılır.

Sumaq qanı təmizləmək və boğaz ağrısının müalicəsində faydalı vasitə sayılır.

Sumağı bişirmiş toyuğa, kartof salatına, qatığın içinə və ət yeməklərinə səpərək yeyə, eyni zamanda bir qaşıq sumaq, bir qaşıq bal və 1 stəkan suyu qataraq öskürəyi sağaldan içki hazırlayıb içə bilərsiniz.


mersin escort