Bakıda yanğın faktı qeydə alınıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda 2 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.