Xırdalanda 119 saylı avtobus aşdı…Səbəbləri…

Bakı-Sumqayıt yolunda 119 saylı sərnişin avtobusunun ilkin olaraq hansı səbəbdən aşdığı məlum olub.

Müstəqil.az Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevə istinadən xəbər verir ki, qəzanın avtobusun qarşısına qəfil minik avtomobilinin çıxması səbəb olub.

“Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda, 20 Yanvar dairəsiistiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-174″ dövlət qeydiyyat nişanlı avtobus qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agnetliyinin əməkdaşları hadisə yerinə yollanıb. İlkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq”, – deyə o bildirib.

***

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut avtobus aşıb.

“Report” xəbər verir ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb olunub.

Qəza zamanı 3-ü qadın, 6-sı isə kişi olmaqla 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 2 nəfər Respublika Klinik Xəstəxanasına, 7-si isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Yaralılardan 63 yaşlı qadının vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir.

Qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.

Bundan əvvəl Bakıda məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb.publika

mersin escort