Təhsil Nazirliyi Şaxta babaya məktub yazan şagirdə baş çəkəcək

Təhsil Nazirliyi Şaxta babaya məktub yazan şagirdə baş çəkəcək.

Müstəqil.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Feysbuk səhifəsində məlumat yayıb:

“Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir. Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”.

Müstəqil.Az

mersin escort