“Yanaqlarımızda düyünlənən bir damla yaşda boğulubdur qurtuluş…”-Gənc şair Çalğın Məhəmməd doğma Təbrizdən yazır…

Müstəqil.Az Təbrizdə yazıb ,yaradan,gənc şair Çalğın Məhəmmədin yeni şeirlərini təqdim edir:
Yenə də biz varıq, GÜNEL.
 
Nə qədər,əllərimi kirləndirsələr də havadakı toz topraqlar
Nə qədər,əllərində gizlənsələr də bu ağrılar.
Nə qədər,qara pərdə çəkilsə də
Gözəlliyin üstünə…
İnsanlığın üstünə…
Sevginin üstünə…
Yenə də biz varıq, GÜNEL.
Yəni…
Yenə də həyat var.
Yəni…
Yenə də hərəkət var
Lap olsun…
Ağaclar son yapraqlarını qızardırlar dekabr ayında…
 
Nə qədər,kirlənsə də dünya,
Nə qədər,şairlərin ölümünə fitva versələrdə masonlar
Gövərçinlərin ölümünə…
Çiçəklərin ölümünə…
Qıçların maşın ayaqlamış bir it kimi,
Nə qədər,xiyabanlar da sürünsədə şeir
Yenə də biz varıq, GÜNEL.
Yəni…
Yenə də həyat var
Yəni…
Yenə də hərəkət var,
Lap olsun…
Günəş,üfüqdən aşıb
 
Nə qədər,gözlərindəki yaşıllıqlara asit səpsələr də,
Nə qədər,azadlığı zəncirə çəksələr də azadlıq meydanında,
Nə qədər,qan su yerinə axsa da “saat qabağ”ın da
Lap,qarılarımız dilənsələr də “sabunçular”da
Lap,cavanlarımız “abrəsan”da çürüsələr darda
Yenə də biz varıq, GÜNEL
Yəni…
Yenə də həyat var
Yəni…
Yenə də hərəkət var
Lap olsun…
Ovuclarımızdan calanan su,balığın son umuduydu.
 
Ürəyin,plastik bir qaba çevrildiyi anda
Düşüncənin,qaranlıq otaqlarda satıldığı zamanda
Şeirin,estefası yazıldığı dövranda
Eşqin üstünə bıçaq çəksə də səyasət
Səmimiyyətin üstünə…
Röyanın üstünə…
Yenə də biz varıq, GÜNEL
Yəni…
Yenə də həyat var
Yəni…
Yenə də hərəkət var
Lap olsun…
Yanaqlarımızda düyünlənən bir damla yaşda boğulubdur qurtuluş.
 
Nə qədər,insanlığın üstünə saatlı bombalar bağlasalar da
Azadlığın üstünə…
İstiqlalın üstünə…
Nə qədər,gözəlliklərdən nifrət etsələr də
Dənizlərdən…
Meşələrdən…
Nə qədər,duvarlarda siçanlar var,
Nə qədər,siçanlarda qulaqlar var.
Bizdən yazacaqlar qəzetlərdə,
Bizdən danışacaqlar bütün radiolar.
Lap,ömrümüzü oğurlasalar da kimliyimizdən
Topraqlarımızı,xəritələrimizdən
Yenə də biz varıq, GÜNEL.
Yəni…
Yenə də həyat var
Yəni…
Yenə də hərəkət var
Lap olsun…
Sən, gözümdür axır
Lap olsun…
Mən, qururundur baxır…
Mənə AZƏRBAYCAN deyirlər
 
Səni fikirləşdikcə,
Yaşıllaşıram
Qızarıram,
Maviləşirəm.
 
 
Yanaqlarımda,
Alma bitir.
Dodaqlarımda,
Çuğundur
 
 
Səni fikirləşdikcə
Ay,
Belin bükür qarşımda
Ulduz….
Səkkiz qanadlı ulduz..
 
 
Səni fikirləşdikcə,
Sənə oxşayıram.
Onunçün,dostlarım mənə
“AZƏRBAYCAN” deyirlər.
       Allah 
Yuxarıda, ALLAH
Aşağıda, Peyğəmbərlər
Lap aşağıda, Şairlər
Filim oynayırlar insanlara, illərdir.
 
 
ALLAH,
Gizlənir filimlərdə
Peyğəmbərlər,
Artistlərdilər,ölüm fətvasi verirlər hər bölümdə
Və şairlər……
Şairlər olmasaydı,
Yer kürəsində filmlər olmazdı.
mersin escort