Biz, nədənsə rusların kürd siyasəti, saxta kürd tarixi, eləcə də seperatçılığı təbliğ eləyən “mənbələr”lə tez- tez rastlaşırıq. Tarixdə kürd adlı millətin, dövlətin və mədəniyyətin olmadığı hər kəsə bəllidir. Kürdlərin bütün adət və ənənələri, demək olar ki, türklərlə eynidir.

“Kürd” sözünün etimalogiyası da türkcədir. Daha öncədən iki yerə ayrılan Aranda (ovalıq bölgələrdə) yaşayanlar türk, dağlıq yerlərdə köçəri həyat keçirən, maldarlıqla uğraşan kəsimi isə kürd adlanırdı. Dağlıq yerlərdə yaşayan kürdlərin dili arıca türk dili idi. Hətta XVI-XVII yüzillərdə dağlarda yaşayan avşarlara belə kürd avşarı deyilirdi. Elə buna görədir, bu ad milli musiqimizdə “Kürd ovşarı” kimi bugün də yaşayır. Orta Asiyada, Orta Doğuda türklərin kürd boyu bu gün də öz varlığını yaşadır. Göytürklərin, hunların, macarların on boyundan biri də kürd boyu idi.

Avropada, Balkanlarda, Rusiya Federasiyasında yaşayan bir çox türk xalqları, bolqar(bulqar), avar, bosnak, hunqar, ermənilər kimi kürdlər də assimilyasiyaya uğramışdır. Assimilyasiya edilmiş bugünkü kürdlərin 65-70 %-i türklərdir. Türk qövmlərini parçalamaq üçün Rusiyanın, Amerika ilə Avropanın özəl yardımı ilə əldəqayırma kürd etnosu “düzəldiblər”. Adları bəlli olan bu güclər belə eksperimentlərlə Afrikanın müxtəlif yerlərində yaşayan hayların ermənilərlə qaynayıb- qarışması və bir etnos halına gətirilməsi üçün uzun və mərhələli bir sürəci uğurla sonucladılar.

Haylar xristian türklər olan ermənilərlə “qaynayıb- qarışdı” , həbəşlərin əlifbasını mənimsədi, Kolumbiya bayrağının rənglərində yerdəyişmə etməklə özününküləşdirdi. Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini, maddi- mənəvi irs nümunələrini oğurlamaqla və torpaqlarımız hesabına dövlətlərini qurmağa nail oldular. Yaxın Şərqdəki bugünkü müharibələrin kökündə də, eynilə bu siyasət, kürdlərə saxta dövlətin “qurulması” durur.

Dilçi alimlərin araşdırmalarına görə bugünkü kürdlərin leksikonunda olan sözlərin 80%-i, Türküstandan, Altaylardan tutmuş Balkanlara, Doğu Avropayadək yaşayan ayrı-ayrı türk xalqlarının leksikonunda işlənən sözlərdir. 20% sözlər isə ərəb, fars kökənlidir. Yörük türkmənlərin dilini dəyişmək üçün İranın farslaşdırma siyasəti, eləcə də, maraqlı güclərin İraq və Suriyada yaşayan türkmənlərin kürdlədirmə siyasəti uzun illər planlı şəkildə davam etdi. Bunun nəticəsidir ki, bugün bir-birindən kəskin fərqlənən bir neçə “kürd dili” mövcuddur. Azərbaycanda sovetlərin qurulmasıyla, guya azsaylı xalqlara diqqətin göstərilməsi önəmə çəkilir, dağlarda yaşayan kürdlərə təsərrüfat yardımları etməyə “çalışılır”.

Öncədən seçilmiş kürdlərin, plan əsasında, 2 baş inək,10 baş qoyunla, 1 atla geri döndüyünü görən qonşular onlardan bunları necə əldə etdikləri ilə ilgilənir. Bəlli olur ki, kim özünü kürd hesab edirsə,”mən kürdəm” deyirsə, onlara bu sayda mal-qara “bağışlanır”. Belə bir durumu görən, bir kəlmə kürd dilindən anlayışı olmayan qonşular, beləcə, yardım almaq üçün kütləvi şəkildə özlərini kürd yazdırmağa başlayır. Məqsəd isə, sovetlərin adının tez-tez hallandırdığı “qırmızı kürdüstan”ı yaratmaq idi. Bunu yaratmaq üçün bəlli say olmalıydı. Nə qədər süni artım “yaratsalar” da, buməsələ sonda öz çözümünü tapmır. Sonralar ruslar başladıqları kürd məsələsinin, PKK-nı yaratmaqla, çözümünə varmağa çalışdılar.

Bugünkü mənzərə isə hər kəsə bəllidir. Türkiyədə kürdlərlə söhbət edəndə, “ən arı türk kürddür”, söyləyirlər. PKK, eləcə də başqa terrorçu kürd təşkilatlarının 80%-i adını, soyadlarını dəyişərək, kürd kimi tanınan yunan, ərəb, erməni kökənli olan bölücülərdir. Bugünkü duruma düşməyimizin nədəni, bütün bu bəlaların suçu, heç bir siyasətə qarışmayan, ölkənin ictimai-siyasihəyatında rol almağa çalışmayan, işini camelərdə, məscidlərdə ərəb yönünə sitayiş edən, boyun əyən türklərin özündədir…

İlqar Türkoğlu