Təyyarədə havalandırma sistemi pozuldu, temperatur 50 dərəcəyə qalxdı – FOTO

Rusiyanın Sibir bölgəsindəki Tolmaçevo hava limanından qalxan Sibir hava yolları təyyarəsinin havalandırma sistemində nasazlıq yaranıb və temperatur 50 dərəcəyə qalxıb.
Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, kondisioneri xarab olan təyyarənin kabinəsində temperatur əvvəl dondurucu səviyyəyə düşüb daha sonra da 50 dərəcəyə qədər yüksəlib.
Həddindən artıq istilik səbəbi ilə kabinədəki sərnişinlərin halı pisləşib və onlar yaşadıqları bu vəziyyətin saunaya bənzədiyini bildiriblər.
Kapitan pilot kabinədəki temperaturun 50 dərəcəyə qədər yüksəlməsinin hər hansı bir problemə yol açmayacağını və təyyarənin təcili olaraq endirilməsinə ehtiyac olmadığını ifadə edib.
mersin escort