Öldüyü deyilən prezidentin xəstəxanadan – Fotoları yayıldı

Səudiyyə Ərəbistanına səfərdə xəstələnmiş Qabon prezidenti Əli Bonqo 24 noyabrdan sonra ilk dəfə görüntülənib.

Teleqraf.com xəbər verir ki, Mərakeş kralı VI Məhəmməd noyabrın 29-dan xəstəxanada müalicə olunan prezident Əli Bonqonu ziyarət edib.

Krallıq ziyarətdə çəkilən fotoları mətbuata təqdim edib.

Qeyd edək ki, Əli Bonqo noyabrda keçirilən “Gələcəyə investisiya” mövzusunda beynəlxalq tədbirə qatılmaq məqsədilə Səudiyyəyə getmiş və noyabrın 24-dən sonra görünməmişdi. Onun öldüyü və ya ağır xəstəlik keçirdiyi haqda iddialar ortaya çıxmışdı.

Sonradan aydın olmuşdu ki, prezident aparıldığı xəstəxanada əməliyyat olunub.

Müstəqil.Az

mersin escort