Maşın avtopilotda, sərxoş sürücü də yatmağında olub – İNANILMAZ…

Avtomobili Kaliforniya polisi saxlayıb, indi kişini yalnız sürücülük hüququndan deyil, azadlıqdan da məhrum etmə gözləyir…
Müstəqil.az Life.ru-ya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında 45 yaşlı şəhər planlaşdırma Komitəsinin üzvü Aleksandr Samek müasir texnologiyaya ümid edərək, bir qədər artıq alkoqol qəbul edib. Axşam şənliyi bitəndə Samek “Tesla S” modelinə oturub və evə qədər marşrut planı cızıb. Avtopilot rejimini aktiv edib və sükanın arxasındaca yatıb.
Elektromobil şosse ilə bütün qaydalara əməl edərək, saatda 110 km. sürətlə hərəkət edib və bunu görən polislərin dayanmaq tələbinə də reaksiya verməyib. Maşınla yanaşı gedən zaman polis əməkdaşları anlayıblar ki, sürücü sükan arxasında yatıb.
“Tesla S” modelin hərəkətini uyğunlaşdıraraq sürücünü kənara sıxa biliblər, maşından düşürüb alkoqol səviyyəsini yoxlayıblar. Daha sonra avtomobil xüsusi dayanacağa qoyulub, sürücü isə yaxın günlərdə məhkəmə qarşısına çıxacaq.
mersin escort