2 kq saf qızıldan hazırlanmış hicab geyən qız hər kəsi heyrətə saldı…

Küveytdə dəb aşiqi olan ədəbaz bur qadın 22 karatlıq “917” problu 2 kq  saf qızıldan hazırlanmış bir hicab geyinməklə görənləri heyrətə salıb. Moderator.az-ın xarici İslam saytlarına istinadla verdiyi xəbərdə deyilir ki,  belə bir hicabın qiyməti 72 min dollara, bəzi məlumatlara görə isə  75 min dollara başa gəlib.

Sosial şəbəkələrdə yayılmış video-görüntülərdə qızın naz-qəmzə ilə  tamaşaçılardan  yeni geyimi haqda fikirlərini soruşduğu görünür.

Bir sıra müsəlman istifadəçilər öz  şərhlərində  belə bir geyimi  “bir qadının örtünməsinə deyil, əksinə,  hər kəsin diqqətini ona cəlb etməyə xidmət edən bir anti-hicab” adlandırırlar. Bir çoxları isə müsəlman hesab edilən qızın bu davranışını  İslam tərəfindən alqışlanmayan, xüsusilə də dünyamızda milyonlarla insanın yoxsulluq həddindən aşağı səviyyədə yaşadığı, Fələstində, Yəməndə, Suriyada, Afrikada və s. uşaqların aclıq və susuzluqdan həlak olduğu bir şəraitdə əsla bir möminə yaraşmayan ifrat israfçılıq kimi dəyərləndiriblər…

Sultan Laçın

mersin escort