“G 20” sammitində isə Tram və Putin tanqo rəqsi oynayırlar…

Bazar günü – dekabrın 2-də İsrailin “9-cu kanal”ı “Qoruq” adlı siyasi satirik cizgi serialının 52-ci seriyasını yayımlayıb.

Müstəqil.Az Moderator.az-a istinadla xəbər verir ki, yeni bölümdə  Kerç boğazında Rusiya sərhədçiləri tərəfindən Ukraynanın üç gəmisinin saxlanılması; “Roskosmos” rəhbəri Roqozinin Ayın fəth edilməsi planları; RF Hesablama Palatasının “Roskosmos”un  fəaliyyətində çoxsaylı pozuntular barədə bəyanatı və Buenos-Ayresdəki  “G20″ sammitindəki olaylar satirik planda verilib.

Rusiya prezidenti V.Putin  Azov dənizindəki olaylarda “dəniz qulduru”  rolunda çıxış edir. “G 20” sammitində isə Rusiya və ABŞ liderləri tanqo rəqsi oynayırlar…