Xatirələri ilə pıçıldaşan şair

Poeziya özü xatirədir. Uşaqlıgın, gəncliyin, yaşadıgımız hər anın xatirəsidir. Və hər bir şair misralarında bu xatirələri əbədiləşdirir, xatirələrlə dərdləşir, qol – boyun olur, pıçıldaşır…
Damət Salmanoglu… Mənim üçün dogma insan. Ən əsas ruhuma dogmadır.
Bir neçə il əvvəl “Ömür-gün qatarı” kitabını oxumuşdum. Kitabdan yaddaşıma hopub qalan bu şeir parçasını hələ də öz-özümə pıçıldayıram:
 
Elə ki, bitəcək alın yazısı,
Elə ki, ömür-gün yetəcək sona
Fələk təcrübəli dərzilər kimi
Bir qarış torpagı biçər boynuna…
 
Vaxtın olmayacaq bir söz deməyə.
Solgun baxışın tək səsin də solar..
Vədəsiz saralan ömür bagında
Xəzələ dönəcək bütün arzular.
 
Damət Salmanoglu bu günlərdə “Xatirələr pıçıldaşır” adlı yeni kitabı ilə oxucularının görüşünə gəldi.
Kitabla həmsöhbət oldum, dərdləşdim. Əslində şair şeirlərində öz obrazını yaradır..
 
Bulud kimi dolur gözüm,
Çiçək-çiçək solur üzüm
Küsmə məndən canım -gözüm
Mən küsməkdən yorulmuşam..
 
Damət Salmanoglunu məhəbbət şairi də adlandırmaq olar. Onun yaradıcılıgında sevgi ana xətt kimi keçir. Şairin şeirlərində saf, müqəddəs sevgi ürəyində qalan arzularının təcəssümüdür.
 
Həsrətin qəlbimdə dərin yaradır
Səndən ayrılalı günüm qaradır
Bizim saf sevgimiz körpə baladı
Qayıt..keçən günün xətrinə qayıt.
 
Damət Salmanoglunun şeirlərinin özünəməxsus xarakteri var, bu xarakter misra-misra, bənd-bənd nəzərə çarpır, bu şeirlər biri digərini heç vaxt təkrarlamır…
Damət Salmanoglu şair və insan olaraq xaraktercə də fərqlidir. Sadə, həlim, insanpərvər səmimi, mehriban. Dostlara necə sədaqətlidirsə, sözə də elə yanaşır…
Şair darıxanda sözünü götürüb dəniz kənarına gedir.Dənizlə həmsöhbət olur..
 
Baxıram dənizin ag ləpəsinə
Sənli xatirələr fəryad eyləyir
Necə həsrətəmsə zərif səsinə
Duygular dil açıb, tez gəl söyləyir.
Dəniz də məftundu ala gözünə
Bircə baxışınla o da ram olar
Varlıgım möhtacdır şirin sözünə
Sevdiyim, gəlişin toy-bayram olar..
 
Kitabda “Həyat yarpaqları” bölməsi xususi olaraq maraqlıdır, düşündürücüdür… Axı şair bütün şeirlərində həyata söykənir, həyatdan zövq alır..
Mən Damət Salmanoglunun “Xatirələr pıçıldaşır “kitabından çox danışa bilərəm. Əslində məni danışdıran onun şeirləridi..
Bu yaxınlarda Azərbaycan Yazıçııar Birliyində Natavan klubunda “Xatirələr pıçıldaşır”kitabının təntənəli təqdimatı oldu. Təbdirin aparıcısı gözəl şair, tənqidçi Balayar Sadiqin mənə çıxış üçün verdiyi imkandan istifadə edib, dediyim çıxışımı xatırlayıram:
“Damət Salmanoglu mənə həm də bir köynək ona görə yaxındır ki, o dogulub boya-başa çatdıgım Salyan torpagından keçib öz ata yurduna gedir. Salyanda keçəndə azca nəfəs dərir nahar edir, su içir..
Bölgələrimiz qonşu olsa da ruhumuzda da dogmalıq var…”
Elə həmin tədbirdə söz alan hər kəs onun haqqında eyni sözü təkrar etdi:
YAXŞI ADAM.
Bu titul hər adama , hər şairə nəsib olmur…
Bu gün gözəl dostumuz, özünəməxsus qələm sahibinin dogum günüdür.
Bir də axı, özüm demiş,
Çəkdiyi əzabına
Tab gətirən sinədi
Yaranışdan itirir
Dogum adlı sənədi.
Şairin yaşı olmur….
 
Əziz qardaşım, Ömür hələ qabaqdadır. Yaz, yaşa, yarat! Dünyanın yaxşı adamı, Unutma ki, hələ bir-birindən maraqlı, məzmunlu, həyat dolu XATİRƏLƏR”inlə çox pıçıldaşacaqsan….
 
Fərqanə Mehdiyeva
“Ulduz” jurnalının poeziya şöbəsinin müdürü
mersin escort